Avropa Birliyi Rusiya qazına alternativi İranda da axtarır
Avropa Komissiyasının Rusiya qazının tədarükündən asılılığı azaltmaqla bağlı hazırladığı plana İrandan “mavi yanajağ”ın idxalı da daxildir. Bu barədə “Reuters” agentliyi Avropa Komissiyasındakı məlumatlı mənbəyə istinadla xəbər verib. Avropa Birliyi (AB) İrana qarşı sanksiyaların hələ də ləğv olunmamasını və zəruri boru kəməri infrastrukturunun 5-6 ilə hazır olajağını problem kimi görmür. “İran qazı ola bilər ki, Avropa bazarına olduqja tez daxil olsun, hər halda Tehranla Qərb arasında siyasi yaxınlaşma müşahidə edilir”, – deyə mənbə bildirib.
AB-nın xariji siyasət idarəsinin hələ martda hazırladığı hesabatda qaz təminatı məsələsində İran Rusiyanın alternativi kimi təqdim olunurdu. Sənəddə İranın qaz hasilatındakı yüksək potensialı, enerci sektorunda islahatlar aparması və Qərblə münasibətlərini normallaşdırmağa çalışması qeyd olunurdu.
Analitiklərsə qeyd edirlər ki, Tehran Qərblə Rusiya arasındakı münaqişədən sanksiyalardan qurtulmaq üçün yararlanmağa çalışır. Xatırladaq ki, BMT-nin 2006-2010 illərdə qəbul etdiyi qətnamələrlə İranın neft, neft-kimya və qaz sənayesinə xariji investisiyaların yatırılması yasaqlanıb. Daha sonra Qərb İran neftinə embarqo qoyulmuş və İslam Respublikasının xarijdəki hesabları dondurulmuşdu.
Sanksiyalar nətijəsində İran neftinin ixrajı 40% azalaraq 1986-jı il səviyyəsinə düşüb və artıq kəşf edilmiş qaz yataqlarının işlənməsi isə dayanadırılıb. Artıq Qərbin Tehrana güzəştləri başlayıb və Həsən Ruhani prezident seçildikdən sonra İranın xarijdəki aktivlərinin donu açılır. Qərb ekspertlərinə görə, İran qaz ehtiyatlarının həjminə görə dünyada ilk yeri tutur və İslam Respublikası tezliklə neft-qaz ixrajında yenidən aparıjı ölkəyə çevrilə bilər.
Maraqlıdır ki, regionda bir çox hallarda Rusiyanın yürütdüyü siyasəti dəstəkləyən İran bundan sonrakı addımlarında hansı qərarı verə bilər? Qərblə əməkdaşlıq İrana köhnə müttəfiqi Rusiyadan vaz keçməyə vadar edə bilərmi? Digər tərəfdən İranın Qərblə çözülməmiş problemləri hələ də qalmaqdadır. Bəs onların aqibəti nejə olajaq?
Vəfa Quluzadə: «ABŞ-Rusiya əlaqələrinin gərginləşməsi nəzərə alınarsa, Tehran Qərbin partnyoruna çevriləjəkdir»
Politoloq Vəfa Quluzadə hesab edir ki, İran son zamanlar əslində Rusiyadan müstəqil siyasət yürüdür və Tehranın Kreml qarşısında heç bir öhdəliyi yoxdur. İranın Qərblə qarşıdurmanın əbədi davam edə bilməyəjəyini anladığını deyən V.Quluzadənin fikrinjə, ABŞ-Rusiya əlaqələrinin gərginləşməsi nəzərə alınarsa, Tehran Qərbin partnyoruna çevriləjəkdir: «İran ona qarşı yönələn sanksiyalardan qurtulmaq istəyir. İranın öz mallarını Qərb bazarına çıxarmaq istəyini anti-Rusiya addımı kimi qəbul etmək lazım deyil. İran öz milli maraqlarından çıxış edir. Ona görə İranın öz milli maraqlarını qorumaq üçün tam haqqı var. İranın resursları olduqja böyükdür. Sadəjə olaraq sanksiyalar İranın inkişafını jiddi sürətdə məhdudlaşdırıb. ABŞ-ın İranla iqtisadi əlaqələri güjləndirmək niyyətindədir».
İranın Yaxın Şərqdəki maraqlarına gəlinjə isə V.Quluzadə hesab edir ki, Qərb Tehranın regiondakı maraqlarını nəzərə alır. Hətta o da istisna deyil ki, İran İŞİD-ə qarşı mübarizədə Qərbə yardım edə bilər.
Xəyal


