“Apple” “iPhone 6+”ları geri yığır

Apple şirkəti bir neçə gün qabaq bazara çıxardığı iPhone 6+ telefonlarını geri toplayır. Səbəb telefonların xüsusən də arxa cibə qoyularkən əyilməsidir. Apple bəxti gətirməyən iPhone 6+ alıcılarına eyni modelin yenisini verəcək.
iPhone 6+ satışa çıxarılandan sonra məlum olub ki, onu cibə qoyub hərəkət edərkən hədsiz incəliyindən dolayı əyilir. Apple bir müddət bu barədə səssiz qalıb. Lakin sosial şəbəkələrdə bununla bağlı kampaniya başlayandan sonra şirkət qüsurlu çıxan telefonlarını yığmaq qərarı verib.
Mütəxəssislər bu qüsuru yeni modelin istehsalında alüminiumdan istifadə ilə izah ediblər.