Hollandiyanın Solar Team Eindhoven şirkəti özünün yeni icadı olan günəş batareyaları ilə çalışan ailəvi avtomobilini təqdim edib. Bu modelin adı Stelladır. Stella günəş batareyaları ilə işləyəcək 4 yerlik ilk ailə avtomobili kimi təqdim olunur. Müasir texnologiya əsasında istehsal olunan bu avomobilin sürəti də az deyil. O bir dəfəlik cərəyan dolu batareyalar ilə 800 km məsafə qət edə bilir. Stellanın saatda sürəti isə 130 km-dir.
Avtomobildə işıqforun rənglərinin dəyişdiyini göstərən planşet var. Avtomobilin ilkin testi baş tutub. O Los-Ancelesdən San-Fransiskoya kimi məsafəni uğurla qət edib.
Stellanın əsas ürəyi olan batareyaları avtomobilin damında yerləşir və günəş nə qədər parlaq olarsa onlar daha da yaxşı işləyir. Bu batareyalar ayrılıqda 4260 dollardır. (azadliq.info)
Modelin ümumi çəkisi 390 kq, uzunluğu 4,6 m, hündürlüyü isə 1,2 metrdir.