Özü-özünü idarə edəcək ağıllı yük avtomobili FOTO VİDEO

Mercedes-Benz özünün uzaq məsafələrə ağır yük daşıyan yeni avtomobilinin görüntülərini yayımlayıb. Future-Truck 2025 konseptual modelinin beynəlxalq təqdimatı bu həftə baş tutacaq yük avtomobillərinin Hannoverdəki sərgisində baş tutacaq. Mercedes-Benz Future-Truc 2025 yük avtomobilinin ən başlıca xüsusiyəti onun özü-özünü idarə etməsi olacaq. Artıq avtonom rejimdə avtomobilin A14 şossesində saatda 80 km sürətlə test yürüşü həyata keçirilib. Qeyd edək ki, yük maşını öz sürətini özü təyin edir və maneələrdə sürəti azaldır. 

Yük maşınında Highway Pilot un idarə etdiyi  avtomobildən avtomobilə 500 metrədək WiFi sistemi, radar sistemi və kamerası var. 

Şirkət bu yük avtomobili ilə yükdaşımada yeni bir qəzasız daşıma dövrünə imza atdıqlarını bildirib. İngiltərə şirkətlərindən biri özünü idarə edən ağıllı yük maşınından artıq 100 ədəd sifariş edib.  Gələn aydan isə Kaliforniyada Future-Truc 2025 modelinin test-drive keçiriləcək.  (azadliq.info)