Türkiyədə daha 17 polis saxlanıldı

Türkiyədə daha 17 polis əməkdaşının saxlanılması ilə bağlı qərar verilib. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxslər polisləri qanunsuz olaraq təltif etməkdə günahlandırılır.

Ankara Prokurorluğunda “bəzi polislərə qanunsuz təltif verildiyi” iddiasıyla istintaq başladılıb. Aparılan əməliyyat çərçivəsində Təltif Komissiyasındakı 17 polisdən artıq 13-ü saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxslərin polisləri qanunsuz olaraq təltif etdiyi və bunun müqabilində pul aldığı iddia olunur.