Həbsdə olan jurnalistin qardaşı müraciət yaydı

İbrahimov Taryel: Məhəmməd Bağırov mənimsəyən 6 milyon 400 min pulun gücünün nəticəsidir”

Həbsdə olan jurnalist Ərşad İbrahimovun qardaşı Taryel İbrahimov müraciət yayıb. Müraciətdə deyilir: 

Hörmətli Redaksiya! 

Günahsız yerə həbs olunan qardaşım Ərşad İbrahimlinin 11 il cəza almasına şərait yaradan hazırda 6 milyon 400 min Dövlət pulunu mənimsəyən Kəlbəcər Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun azadlıqla sərbəsd gəzməsi qanunlarımıza zidd olmaqla bərabər,74 min Məcburi Köçkün Kəlbəcərli Əhalini hiddətə gətirib.

Ona görə ki Məhəmməd Bağırov heç bir əsas olamdan öz himayədarlarını n köməkliyi ilə qanuna istinad edilmədən şər böhtanla dolu eləcədə qərəzli şəkildə mənim qardaşımı həbsə atdırmışdır. 

Bəs görəsən Korrupsioner Məhəmməd Bağırov kimə arxalanıbdır ki ,külli miqdarda Dövlət əmlakını mənimsədiyi halda sərbəsd şəkildə gəzir.Görəsən Hüquq Mühavizə orqanları belə bir cinayəti görmür ?

Qardaşım Ərşad İbrahimli Dövlət əmlakını külli miqdarda mənimsəyən Məhəmməd Bağırovun əməllərini bir neçə ay bundan öncə mətbuat vasitəsi ilə ifşa etmişdir. Korruspiya İdarəsinin gösdərişi ilə Maliyyə Nazirliyinin apardığı araşdırmada həqiqətən təsdiqlədi ki Məhəmməd Bağırov Dövlətdən 6 milyon 400 min pul mənimsəmişdir.

Belə olan halda Korruspsioner Məhəmməd Bağırov niye həbs edilmir ?

Bəs necə ola bilir ki , belə bir cinayətkar həbs olunmadığı halda həmin cinayətin üsdünü açdığına görə mənim qardaşım Ərşad İbrahimli günahsız həbs ediblər.

Burdan belə qənayətə gəlmək olar ki cinayətkar Məhəmməd Bağırovun azadlıqda gəzməsi mənim qardaşımın qərəzli şəkildə həbs edilməsi həmin yəni Məhəmməd Bağırov mənimsəyən 6 milyon 400 min pulun gücünün nəticəsidir.