Hər iki tərəfin atəşkəs barədə bəyanatlarına baxmayaraq, Rusiya-Ukrayna sərhədində vəziyyət qənaətbəxş deyil. Bunu Avropada NATO qüvvələrinin rəhbəri general Philip Breedlove Vilnyusda keçirilmiş alyansın Hərbi Komitəsinin iclasından sonra təşkil edilmiş mətbuat konfransında söyləyib.
“Mən bunu ‘sözdə atəşkəs’ adlandırardım. Rusiya hərbi qüvvələri əvvəlkitək Ukrayna ərazisindədir. Əsgərlərin böyük bir hissəsi Rusiyaya qayıtsa da, istənilən an Rusiya Ukraynaya hərbi təcavüz edə bilər”, Bridlove jurnalistlərin suallarına cavab verərkən deyib.
Generalın təbirincə, NATO Ukrayna ilə sərhəddə rusiyalı hərbi qulluqçalırın dəqiq sayı barədə məlumata malik deyil. “Lakin orada Rusiya hərbi texnikası hərəkət etməkdədir”, general qeyd edib.
Rusiya isə Ukrayna ərazisinə qoşun yeritdiyi barədə səslənən xəbərləri təkzib etməkdədir.
Şənbə günü Rusiya XİN–in rəsmi nümayəndıəsi Aleksandr Lukaşeviç “Ukrayna ərazisində Rusiya qoşunlarının olmadığını” bəyan edib. (BBC azeri)