Separatçılarla razılıq əldə edilib

Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında bufer zonasının yaradılmasına dair razılıq əldə edilib.

Ukrayna mətbuatının məlumatına görə, Minksdə sülh danışıqları zamanı əldə edilmiş razılığa əsasən, 30 kilometrlik bufer zonasının yaradılması üçün tərəflər artilleriyanı 15 kilomert geriyə çəkməlidir.

Ukrayna, Rusiya, separatçı Donetsk və Luqansk Xalq respublikaları, həmçinin ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda əldə edilmiş razılığın məqsədi atəşkəs rejiminin daha gücləndirilməsidir. 

ATƏT müşahidəçiləri yaradılan bufer zonasında monitorinq keçirəcəklər.