Noyer əllərini 3 milyon avroya sığortaladı

Almaniya yığma komandasının və “Bavariya”nın qapıçısı Manuel Noyer əllərini 3 milyon avroya sığortalamaq barədə qərar qəbul edib.

“Bild” nəşrinin məlumatına görə, 28 yaşlı qapıçı bu vəsaiti o zaman alacaq ki, zədə nəticəsində karyerasını davam etdirə bilməsin. Kiçik zədələr olduğu halda isə sığorta ödənişi olmayacaq.

Qeyd edək ki, Noyer indiyədək çıxış etdiyi “Şalke” və “Bavariya” klublarının tərkibində ümumilikdə 12 mükafat, o cümlədən Çempionlar Liqasının qalibi olub. 2014-cü ildə isə Almaniya yığmasının tərkibində dünya çempionu olub və dünya çempionatının ən yaxşı qapıçısı sayılıb.

Futbolçuların sağlamlığının sığortalanmasına Azərbaycanda da başlanılıb. Öncə də qeyd etdiyimiz kimi, “Qarabağ” klubunun bütün riskləri, o cümlədən futbolçuların sağlamlığı da Sənaye Sığorta Şirkətində sığortalanıb (fins.az).