“Yenilənmiş Müsavat partiyanı infeksiyalardan xilas edəcək”

Müsavat Partiyasının başqanlığa namizədi Səxavət Əlisoy müsavatçılıqla uyğun olmayan hərəkətlərin, anlayışların adlarını açıqlayıb. Modern.az saytı xəbər verir ki, başqanlığa namizəd bu barədə özünün facebook səhifəsində yazıb. Səxavət Əlisoy onu dab bildirib ki, partiyanın qurultayı yenilənmiş Müsavat ərsəyə gətirdiyi təqdirdə, partiya bu infeksiyalardan azad ola bilər. Onun qeydini təqdim edirik:

“MÜSAVATÇILIQLA NƏLƏR TƏRS MÜTƏNASİBDİR?

1. Qeyri-şəffaflıq

2. Avtoritarizm

3. Populizm

4. Regionçuluq

5. Dəstəbazlıq

6. Yaltaqlıq

7. Saxtakarlıq

8. Psevdopatriotizm

9. Siyasi səbatsızlıq

10. Bisavadlıq.

Qurultay YENİLƏNMİŞ MÜSAVAT ərsəyə gətirdiyi halda az və ya çox dərəcədə yoluxduğu bu infeksiyalardan xilas ola bilər”.

Bildirək ki, Müsavat Partiyasının sentyabrən 27-nə nəzərdə tutaul qurultayında yeni başqan seçiləcək. Başqanlığa iddialılar Arif Hacılı, Tural Abbaslı, Qubad İbadoğlu və Səxavət Əlisoydur.