Ukrayna Jirinovskini İnterpola verdi

Kiyev Vladimir Jirinovskini interpol vasitəsilə axtarmaq qərarına gəlib. Çünki o özü Ukrayna paytaxtına gəlmək istəmir. Xatırladaq ki, Kiyev məhkəməsi bir ay əvvəl onun barəsində həbs qərarı çıxarıb. Jirinovski barəsində belə bir qərarın verilməsinə səbəb onun avqustun 2-də səsləndirdiyi fikirlərdir. RLDP sədri Pskov desantı Kiyevi tutandan sonra ora gedəcəyini deyib.   

azadlıq.info