Kerri Ərdoğanla görüşdü

ABŞ dövlət katibi Ankaraya səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Türkiyə mətbuatının məlumatınaa görə, hər iki ölkənin XİN başçısı görüşdən əvvəl mətbuata açıqlama veriblər.

ABŞ Dövlət Departamentinin başçısı Con Kerri bildirib ki, Türkiyə ABŞ-la müttəfiqdir. Mövlud Çavuşoğlu isə bildirib ki, görüşdə Suriya, İraq, Ukrayna və  Ermənistanla bağlı məsələlər müzakirə ediləcək.   Görüşdən sonra mediaya verilən məlumatda qeyd olunub ki, Türkiyə bölgədə humanitar yardım məsələsində həmişə öz dəstəyini göstərəcək. Liviya məsələsinin və Kipr probleminin, İraqda Nuri Əl-Maliki zamanındakı məzhəb qarşıdurmasının da müzakirə predmeti olduğu bildirilib.  

Con Kerri daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.

Məlumata görə Türkiyə lideri Ərdoğan Con Kerri ilə regiondakı terror təhlükəsinə ortaq mübarizədən danışıb. Bununla yanaşı Suriya müxalifətinə də dəstəyin artırılması məsələsinin müzakirə edildiyi söylənilir.