Bu gün saat 12 radələrində Mehdiabad qəsəbəsində kafedə yanğın qeydə alınması barədə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, qəsəbə ərazisindəki “Dəniz” marketin yanındakı kafedə naməlum səbəblərdən güclü yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.