ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

“ABŞ Avropa Birliyi ilə birgə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər”. Bu barədə Barak Obamanın Ağ Evin rəsmi saytında dərc olunan bəyanatında deyilir. Obama vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyaları koordinə edəcək. “Prosesin tam başından mən bəyan edirdim ki, biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruya biləcək siyasi çözümə nail olmalıyıq”, deyə ABŞ prezidenti qeyd edib.

Obama bildirib ki, ABŞ Minskdəki görüşdən sonra situasiyada müəyyən irəliləyişə nail olunmasını sezir. Amma Rusiya hələlik Ukraynanın şərqindəki situasiyanı destabilə etməsi istiqamətindəki aqressiv addımlarını dayandırmayıb. Saytda dər olunan məlumata görə,  ABŞ Rusiyaya qarşı maliyyə, enerji və müdafiə sahəsində sanksiyalar tətbiq etməyi düşünür:”Bu sanksiyalar Rusiyanın siyasi təcridini artıraraq, Putin və onun ətrafı üçün xüsusilə vacib olan sahələrdə iqtisadi itkilərini artıracaq”. 

azadliq.info