İvanişvili Marqvelaşvilini sərt tənqid etdi

Gürcüstanda baş nazir və prezident arasında BMT-nin sammitinə getmək üstündə baş verən qalmaqalan keçmiş baş nazir Bidzina İvanişvili də qarışıb. 

Keçmiş baş nazir bildirib ki, Gürcüstan artıq parlament respublikasıdır və BMT-yə kimin gedəcəyi mübahisə predmeti olmamalıdır. 

«Parlament respublikalarından sammitinə gedənlərin siyahıısını görmüşəm. Bu ölkələri baş nazirlər təmsil edəcək.  Sammitə Merkel, Netanyahu, Kameron gedəcək. Yalnız istisna hallarda, baş nazirin daha vacib işi olsa, ölkəni prezident təmsil edə bilər. Parlament respublikalarında konstitusiya belədir», – deyə İvanişvili bildirib. 

İvanişvili prezident Marqvelaşvilini də tənqid edib. O bildirib ki, kasıb bir blkədən ABŞ-a iki nümayəndə heyətinin getməsi yaxşı hal deyil. Keçmiş baş nazir prezidenti sağlam rəqabət aparmamaqda günahlandırıb. 

azadlıq.info