Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yola qəfil çıxan it səbəb olub
Xətai rayonunda yola qəfildən çıxan iti vurmaq istəməyən sürücülər qəza törədiblər. ANS TV-nin məlumatına görə, qəza zamanı Seyidəhməd Kaştayev və Siyab Abbasovun idarə etdiyi “Mercedes”markalı avtomobillər toqquşub. Hadisədən sonra maşında olan sərnişinlərdən Əhməd Ramazanov ağır yaralanıb. O, deformasiyaya uğrayan maşının içində sıxışdığından əraziyə FHN- nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb.
Maşında sıxılıb qalan sərnişin xilas edilərək təcili yardım maşını vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yola qəfil çıxan it səbəb olub.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanılıb. Qəzanın səbəblərinə bu araşdırmalardan sonra aydınlıq gətiriləcək.