Fəlsəfə doktoru niyə işsiz qalıb?

Texniki elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev işsiz qalıb. Ənvər Əliyev redaksiyamıza bildirib ki, ona iş verilməməsi yaş senzi ilə əlaqədardır. “Lakin müstəsna hallarda yaş həddinə baxmayaraq əmək müqavilənin uzadılması mümkündür.

Mən də bu baxımdan Təhsil Nazirliyinə müraciət edərək çalışdığım kollecdə əmək müqaviləsinin uzadılmasını xahiş etmişəm. Mənə verilən cavabda bildirilir ki, 70 yaşdan sonra çalışma müddətinin uzadılması Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 180 saylı qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə həyata keçirilir.

Həmin meyarla budur ki, orden və medalla təltif olunasan, fəxri ad alasan, işlədiyin sahə üzrə elmi dərəcən və ya elmin adın olmalıdır və s. Mənim də işlədiyim sahə üzrə fəlsəfə doktoruyam. Yəni, elmi dərəcəm var. Amma nədənsə buna göz yumurlar”, – deyə Ənvər Əliyev bildirib.