“Qasid” “Azadlıq”a yenə vəd verdi

“Azadlıq” qəzetinin kollektivi sentyabrın 10-da “Qasid” firmasının qarşısında növbəti dəfə aksiya keçirib. Aksiyanın məqsədi eyni olub – firma redaksiyaya borclu olduğu pulları qaytarsın.

Firmanın redaksiyaya borcu artıq 70 min manat civarındadır.

“Qasid”in direktoru Mirkazım Kazımov qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşüb və növbəti dəfə problemi həll edəcəyinə söz verib.

Rahim Hacıyev azadliq.info-ya bildirib ki, “Qasid” rəhbərliyinin verdiyi vədlərə artıq inam qalmayıb. Buna görə də redaksiyaya olan borc qaytarılana qədər firmanın qarşısında aksiyanı davam etdirəcəklər.