İraq parlamenti yeni hökuməti təsdiqləyib. “Media forum” saytının məlumatına görə, səsvermə sentyabrın 8-i axşam saatlarında olub. Heydər əl-Abadinin baş nazirliyi ilə qurulan yeni hökuməti Təmsilçilər Məclisinin 328 deputatından 177-si dəstəkləyib.
Yeni Nazirlər Şurasının əsas vəzifəsi terrorçuluqla mübarizə və mərkəzi hakimiyyətlə Kürdüstan muxtariyyəti arasında ziddiyyətləri yoluna qoymaqdır.