Apple şirkəti sentyabrın 9-da iPhone smartfonunun 2 yeni modelini, kompüter funksiylaı iWatch qol saatını və iOS 8 əməliyyat sisteimini təqdim edəcək. Smartfonlar daha böyük olmalıdır. Hazırda iPhone telefonunun ekranının diaqonalı 4 düymədir. Yeni smartfonlarda ekranlar 4,7 və 5,5 düymə olacaq.
iWatch saatının displeyi qabarıq olacaq. Bu saat smartfonla sinxronlaşdırılacaq. Telefonu cibdən çıxarmadan bu qol saatı ilə bütün yeniliklərə baxmaq olar. Həmçinin səhhətinizin vəziyyətini izləmək olar və pul köçürmələri etmək olar.
Apple qiymətləri elan etməyib. Wall Street Journal analitiklərin qiymətləndirməsini öyrənib. Onlar yeni telefonların iPhone 5S modelindən orta hesabla 100 dollar baha, yəni 750 dollar civarında olacağını düşünürlər.
iWatch saatı isə, analitiklərin fikrincə, 250 dollar olacaq. Ancaq ekspertlərin fikrincə, telefonları və saatı mobil telefon operatorlarından subsidiyalı, yəni daha ucuz qiymətə almaq olacaq. ABŞ-da yeni telefonların və saatın satışı sentyabrın 12-də başlanacaq. (azadliq.org)