“Aİ Ukraynanı Rusiyanın enerji hökmranlığından qoruyacaq”

Enerji təhlükəsizliyi istənilən ölkənin müstəqilliyini təmin edən mühüm amildir və Avropa İttifaqı Ukraynanı Rusiyanın enerji hökmranlığından müdafiə etmək üçün mümkün olan  hər şeyi etməlidir. Bu barədə Aİ-nin Avropa Qonşuluq Siyasəti üzrə  komissarı Ştefan Füle Bakıda “Şərq Tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bildirib.

Füle qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın 6 ölkəsi Aİ üçün əhəmiyyət kəsb edir və Aİ onların ərazi bütövlüyünü dəstəkləyir. O həmçinin Ukrayna hadisələri fonunda Bakı görüşünün önəmini vurğulayıb.

Bakı görüşündə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın XİN rəhbərləri iştrak edirlər. Ermənistan görüşdə iştirakdan imtina edib.