Hədəf Milli Şuradır

Eldəniz bəy məhz Milli Şura rəhbərliyində təmsil olunduğuna, haqsızlığın, repressiyaların qarşısında susmadığına görə hakimiyyətin qəzəbinə gəlib

Hökumətin absurd addımları davam edir. İndi də daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevi həbs etdirmək istəyir. Eldəniz Quliyev tanınmış ssenarist və kinodramaturqdur. Onlarla filmin çəkilməsində iştirak edib. O cümlədən Xocalı faciəsi haqqında çəkilmiş “Haray” filminin ssenari müəlliflərindən biridir. Dram əsərlərinin, hekayə və povestlərinin toplularından ibarət xeyli kitabı çap olunub.

Eldəniz bəy Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Ən vacibi isə hər zaman haqsızlığa qarşı səsini ucaldan ziyalıdır. Eldəniz bəy məhz Milli Şura rəhbərliyində təmsil olunduğuna, haqsızlığın, repressiyaların qarşısında susmadığına görə hakimiyyətin qəzəbinə gəlib. Hədəf Milli Şuradır!

İnanıram ki, bu proses də hakmiyyətin özünüifşasına çevriləcək. Bütün indiyə qədər olanların hamısı bir tərəfə, təkcə daxili işlər nazirinin Ziyalılar Birliyi sədrini həbs etdirmək istəməsi dövlətin qeyri-demokratikliyini, zor üzərində bərqərar olduğunu, azad sözə dışmən kəsildiyini sübut etmirmi?

Bu gün Eldəniz bəyin məhkəməsində iştirak etdik. Ona dəstəyimiz davam edəcək. Başqa vaxt deyirik ki, hanı bu ölkənin ziyalıları? Budur, ölkənin ziyalısı Eldəniz bəy meydandadır. Bu xalqın sözünü dediyi üçün cəzalandırılır. Onu bu çətin məqamda tək qoymamalıyıq, hamımız ona dəstək olmalıyıq.