Hakimiyyətdən dünyanı qəzəbləndirəcək addım

Azərbaycanın təşkilatçılığı ilə Rusiyada biznes forum keçiriləcək 

Rusiyada Rusiya-Azərbaycan-Iran-Qazaxıstan-Türkmənistan beş tərəfli biznes forumu keçiriləcək. Azərbaycanda Ixracın və Investisiyaların Təşviqi Fondundan (Azpromo) APA-ya verilən məlumata görə, biznes forum Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində sentyabrın 29-da Həştərxan şəhərində baş tutacaq.

Biznes forum Azərbaycan Iqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan sahibkarları işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Azərbaycan nümayəndə heyətinin tərkibində səfərdə iştirak etməyə marağı olan sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilər.

Ekspertlər hesab edir ki, bu forumun Rusiyaya sanksiyaların tətbiq edildiyi vaxtda keçirilməsi təsadüf sayıla bilməz. Ekspertlərin fikrincə, tədbir əslində Rusiyanı təcrid vəziyyətindən çıxarmağa cəhd kimi qiymətləndirilməlidir. “Dünya Rusiyaya qarşı olduğu bir vaxtda bu ölkədə biznes forumun keçirilməsi başqa anlama gələ bilməz”, – deyə ekspertlər düşünür. Onlar hesab edir ki, Azərbaycanın bu addımı dünyanın qəzəbinə səbəb ola bilər.