Elmar Hüseynovun atası vəfat etdi

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib. AzNews.az-ın məlumatına görə, S. Hüseynov sentyabrın 8-də günün birinci yarısında qəfildən vəfat edib. Bu dəqiqələrdə S. Hüseynovun dəfn mərasimi keçirilir. S. Hüseynov oğlunun yanında – “Qurd qapısı” adlanan ərazidəki qəbristanlıqda dəfn edilir.