AB-nin Rusiyaya qarşı yeni sanksiyaları nələrdir?

Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketi bu gün qüvvəyə minməlidir. “Wall Street Journal” xəbər verir ki, yeni sanksiyalar Rusiyanın neft və müdafiə sənayesi sahəsindəki şirkətlərini əhatə edəcək.

Qəzetin məlumatına görə, sanksiya siyahısına “Rosneft”, “Qazpromneft”, “Transneft”, “Oboromprom”, “Uralvaqonzavod” və “Birləşmiş Aviaqayırma Korporasiyası” daxil edilib. Sanksiyalar bundan ibarət olacaq ki, adıçəkilən şirkətlər Qərb ölkələrinin banklarından 30 gündən artıq müddətə kredit götürə bilməyəcəklər.

Bundan başqa, yeni sanksiyalar paketində nəzərdə tutulub ki, bir sıra AB ölkələrinə “Kalaşnikov” silahlarının idxalı qadağan edilsin.