Putinin verəcəyi mükafatdan imtina etdi

“Puşkin və Putinin adları arasında hansısa bir əlaqə mənim üçün qəbuledilməz və iyrəncdir”

Puşkin və Dostayevskinin Hollandiyadan olan tərcüməçisi Hans Boland Putinin əlindən mükafat almaqdan imtina edib.

İnterpress.az xəbər verir ki, Boland bunu “Puşkin və Putinin adları arasında hansısa bir əlaqə mənim üçün qəbuledilməz və iyrəncdir” deyə izah edib.

Mükafatlandırma mərasimi noyabrın 4-də keçirilməli idi. Boland hələ avqustda mərasimə dəvətnamə alsa da, ora qatılmaqdan imtina edib.

Puşkin adına mükafatı şəxsən prezidentin təqdim edəcəyi barədə səfirliyin məlumatı Bolandın etirazı ilə qarşılanıb. O, cavab məktubunda mükafatı Putinin əlindən almağın onun üçün qəbuledilməz olduğunu vurğulayıb.

Boland qeyd edib ki, Putin azadlıq və təhlükəsizlik üçün təhlükə yaradır.

Qeyd edık ki, Boland Puşkin adına mükafatın Hollandiyadan olan lik laureatıdır.

Bu mükafat 1969-cu ildə elmi mükafat kimi təsisi olunub və onun laureatları arasında tanınmış şəxslər var.