Böyük Britaniya hökuməti Şotlandiyaya daha böyük muxtariyyyat və bir sıra imtiyazlar vəd edir. Bunun üçün sentyabrın 18-də keçiriləcək referendumda əhali müstəqilliyə yox deməlidir. Bunu Britaniyanın maliyyyə naziri Corc Osborn bildirib.
Yougov araşdırma şirkətinin Sunday Times nəşri üçün keçirdiyi sorğunun nəticəsində bəlli olub ki, referenduma iki həftə qalmış şotlandların 51%-i müstəqillik tərəfdarıdır.
Şotlandiya artıq geniş muxtariyyata sahibdir. 1999-cu ildə onun təhsil, səhiyyə, ekologiya, mənzil siyasətini müəyyən edən parlamenti var.
azadlıq.info