Azərbaycanın saytlarında gedən bir xəbərdə bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında yenidən partiya sədri seçilən Kamal Kılıçdaroğlunu təbrik edib.
NATO sammitində iştirak etmək üçün Uelsin Qaller şəhərində olan türkiyəli dövlət başçısı bu səbəblə K.Kılıçdaroğluna təbrik teleqramı göndərib.
Bu xəbəri hakimiyyət yönlü saytlar da yayıb. Bu xəbərin fonunda Azərbaycan hakimiyyətinin ölkədə necə eybəcər siyasi mənzərə yaratdığının bir daha aydın göründüyünü isə həmin saytlar fərq edib, ya etməyib, bəlli deyil.
Azərbaycandakı eybəcər reallıq bundan ibarəydir ki, İlham Əliyev hələ bu zamana qədər hansısa müxalifət partiyasının qurultayına təbrik məktubu yollamayıb. Әksinə, hər hansı müxalifət partiyasının qurultayı günü və ya ondan dərhal sonra İlham Əliyev müxalifəti lənətləyən bir çıxış edər və bütün müxalifətçiləri antimilli ünsür-filan adlandırar. Azərbaycanın hakimiyyətyönlü mediası da bunu qarşı tərəfin mövqeyini öyrənmədən tirajlayar…
Azad


