Rusiya münaqişədə tərəf olduğunu etiraf edib və öhdəliklər götürüb
ATƏT şərqi Ukraynada atəşkəsin əldə olunması və münaqişənin sülhlə nizamlanmasına dair imzalanmış protokolun mətnini dərc edib. Protokol sentyabrın 5-də Belarusun paytaxtı Minskdə imzalanıb. ATƏT onu öz saytında sentyabrın 7-də yerləşdirib.
Protokolun mətni belədir:
“Minskdə, 2014-cü il, sentyabrın 1-də münqaşənin sülh yolu ilə tənzimlənməsi üçün iştirakçıların təqdim etdiyi təkliflərin müzakirələrinin nəticələri olaraq Ukrayna, Rusiya Federasiyası və ATƏT nümayəndələri aşağıdakı razılığa gəlirlər.
1. İki tərəf arasında dərhal atəşkəsin əldə olunması təmin edilsin.
2. ATƏT-in atəşkəs rejiminin monitorinqini aparmaq imkanı təmin edilsin.
3. O cümlədən “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli özünüidarəetmənin yaradılması haqqında (Xüsusi status haqqında) Qanun”un qəbul edilməsi yolu ilə hakimiyyətin mərkəzsizləşdirilməsini həyata keçirmək.
4. Rusiya və Ukrayna sərhədyanı rayonlarında təhlükəszilik zolaqlarının yaradılması şərti ilə Rusiya-Ukrayna sərhədlərində ATƏT tərəfindən daimi monitorinqin təşkil edilməsi.
5. Təcili olaraq bütün girovların və qanunsuz saxlanılan şəxslərin azad edilməsi.
6. Ukraynanın Donetsk və Luqansk vilayətlərində son zamanlar baş vermiş hadisələrlə əlaqədar adı keçən adamların təqib edilməməsi və cəzalandırılmaması üçün Qanun qəbul etmək.
7. Davamlı ümummilli dialoqu davam etdirmək.
8. Donetsk vilayətində humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək.
9. “Donetsk və Luqansk vilayətlərində yerli idarəetmənin müvəqqəti qaydaları haqqında (Xüsus status haqqında) Qanun”a uyğun olaraq növbədənkənar seçkilərin keçirilməsini təmin etmək.
10. Qanunsuz silahlı birləşmələri, hərbi texnikanı, eləcə də döyüşçüləri və muzdluları Ukrayna ərazisindən çıxarmaq.
11. “Donbas vilayətinin iqtisadi inkişafı haqqında Proqram” qəbul etmək.
12. Məsləhətləşmələrin iştirakçılarının şəxsi təhlükəsizliyinə təminat vermək”.
Protokolu “Üçtərəfli Təmas Qrupu”nun iştirakçıları olaraq
Səfir Haydi Talyavini (ATƏT), Ukraynanın ikinci prezidenti Leonid Kuçma (Poroşenkonun nümayəndəsi kimi), Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov (Putinin nümayəndəsi kimi), Aleksandr Zaxarçenko və İqor Plotnitskiy (separatçıların təmsilçiləri) imzalayıblar.
azadliq.info