Xilasetmə və yardım qrupunun bölgədəki fəaliyyəti davam edir
Türkiyənin bəzi yerlərində yağan güclü yeysan yağışları fəsadlara yol açıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin paytaxtı Ankaranın Sincan rayonu Saraycıq məhəlləsində axşam saatlarında şiddətli yağış yağması nəticəsində sel meydana gəlib. Küçədə avtomobillərinə minmək istəyən vətəndaşlar sel axını ilə mübarizə aparmalı olublar. Üzməyi bacarmayanlar isə sel axını zamanı xəsarət alıblar.
Yaralılar hadisə yerində həyata keçirilən ilkin müdaxilələrdən sonra xəstəxanalara çatdırılıblar. Güclü sel basqını səbəbilə çox sayda yanğınsöndürən maşınlar və təcili yardım komandaları hadisə yerinə cəlb edilib. Bir çox ev və iş yerlərini su basıb, nəqliyyatın hərəkəti tamamilə iflic hala gəlib, sürücülər yollarda qalıb.
Xilasetmə və yardım qrupunun bölgədəki fəaliyyəti davam edir.