Ərdoğan Obama ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan olan həmkarı Barak Obama ilə NATO-nun Uels sammiti çərçivəsində görüşüb.

Türkiyə mətbuatıxəbər verir ki, Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə görüşü davam edir.

Görüşdə ikitərəfli münasibətlər, strateji əməkdaşlıq, İŞİD, İsrail məsələlərinin müzakirə olunacağı gözlənilir. Ərdoğan isə jurnalistlərə açıqlamasında Fətulla Gülənin Türkiyəyə verilməsi məsələsinin də müzakirə predmeti olacağını bildirib.