Mətbuata qarşı “sirr” kampaniyasının əsl səbəbi nədir?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bugünlərdə media təmsilçilərilə keçirdiyi müşavirə jurnalistlərə bəzi tövsiyələrin verilməsi və hərbi sirlərin qorunması məsələsində Kütləvi Informasiya Vasitələrini (KIV) maarifləndirmək kimi təqdim edilib. Bir daha xatırladaq ki, həmin müşavirədə Mehdiyev bəzi KIV-ləri hərbi məsələlərə dair məlumatları yoxlamadan yaymaqda və Azərbaycana qarşı kampaniyada yer almaqda ittiham edib.

Bu müşavirədən az sonra Daxili Işlər Nazirliyi bu istiqamətdə müvafiq təkliflər hazırlayacağını bəyan edib. Görəsən, media mənsublarının özü məbuata qarşı aparılan bu kampaniyanı necə qiymətləndirir?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, mətbuatın hərbi sirləri yayması barədə çoxdan söhbət getsə də, dövlət və hərbi sirri ən az yayan, açıqlayan qurum elə mətbuatın özüdür: “Mətbuatın indiki səviyyəsində dövlət sirrinin açıqlanması baxımından onların informasiyaları çox məhduddur. Problem var, amma bu, ilk növbədə medianın qeyri-peşəkarlığı və məlumatsızlıqdan irəli gələn problemlərdir. Mən mətbuatda hərbi sirr yayıldığına görə Azərbaycan ordusunun hər hansı uğursuzluğuna rast gəlməmişəm. Düşünürəm ki, bu heç olmayacaq da. Bu kampaniyanın əsl istiqamət və məqsədləri başqadır”.

Informasiya şöbəsi