Kılıçdaroğlu yenidən CHP sədri oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar qurultay keçirib. Qurultayda partiyaya sədr seçkisi olub. Kamal Kılıçdaroğlu 740 səslə yenidən CHP-nin sədri seçilib. Onun rəqibi Məhərrəm İncə 415 nümayəndənin səsini alıb.
Beləliklə, Kılıçdaroğlu artıq ümüncü dəfə CHP-nin sədri seçilir. Lakin onun partiya nümayəndələri arasında etimadının azaldığı da hiss olunur. Belə ki, səsvermədən əvvəl Kılıçdaroğlunun 900-dən çox səs alacağı gözlənilirdi. Bəlli olur ki, Kılıçdaroğlunu sədrliyə namizəd göstərən qurultay nümayəndələrindən bir qismi Məhərrəm İncəyə səs verib.

Aydın Taş