Uelsdə NATO sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla birgə görüş keçirib. Erməni mənblərin verdiyi məlumata görə, Con Kerri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının alternativinin olmadlğını bəyan edib. O, tərəfləri münaqişı zonasını gərginliyi azaltmaq və qarşılıqlı etimadı möhkəmləndirməyin mexanizmini tapmağa çağırıb.
Con Kerri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin siyasi iradısi çox vacibdir.
Kerri Əliyevlə Sarkisyanı görüşdürdü
•


