2019-cu ilədək AB-ə yeni üzvlər qəbul edilməyəcək

Bunu Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerin mətbuat katibi Nataşa Berto deyib

Avropa Komissiyasının yeni tərkibinin işləri dövründə 2014-cü ildən 2019-cu ilə qədər Avropa Birliyinin yeni genişlənməsi olmayacaq. 

Bunu bu gün Avropa Komissiyasının təyin edilmiş başçısı Jan-Klod Yunkerin mətbuat katibi Nataşa Berto təsdiq edib. 

“Sədr Yunkerin bu mövqeyi qüvvədə qalır. Yeni ölkələr onun komissiyasının işləri dövründə Avropa Birliyinə qoşulmayacaqlar. Ancaq eyni zamanda Balkan dövlətləriylə genişlənməylə bağlı danışıqlar davam edəcək”, – deyə Berto bildirib.

Hal-hazırda Avropa Birliyindən kənar qalan Balkan dövlətləri Avropa Birliyinə girişə namizəddir. 

Brüssel, həmçinin Kosovoyla belə danışıqların keçirilməsi imkanını öyrənir. Ancaq bu ölkənin də bu mərhələdə daxil edilməsi mümkün deyil, çünki öz müstəqilliyini elan etmiş bir ərazi Avropa Birliyinin 28 ölkəsindən beşi tərəfindən tanınmayıb. 

Türkiyə son rəsmi namizəd olaraq qalır, ancaq onun girişi Fransa müxalifəti və Kipr Respublikası tərəfindən əngəllənir. (ans)