Poroşenko və Putin Donbasda atəşkəs razılığına gəldilər

Ukrayna prezidenti Petr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə Donbasda atəşkəslə bağlı razılığa gəlib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən Unian-a məlumat verilib. Məlumatda deyilir ki, iki prezident arasında telefon danışığı zamanı Donbasda daimi atəşkəsin elan olunması barədə razılığa gəliblər.

Qeyd edək ki, Ukrayna ordusu ölkənin şərqində Rusiya yönümlü separatçılara qarşı əməliyyatlar keçirir. Baş vermiş döyüşlərdə bu günə qədər 2 mindən artıq adamın öldüyü bildirilir. Rəsmi Kiyev Rusiya ordusunun Ukraynaya girdiyini, separatçılara dəstək verdiyini bəyan etsə də rəsmi Moskva bunu təkzib edir.

azadlıq.info