Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donetsk və Luqansk vilayətlərində daimi atəşkəsin elan edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Vladimir Putin və Pyotr Poroşenkonun telefon danışığından sonra Ukrayna prezidentinin mətbuat katibiliyi bəyanat yaydı ki, tərəflər Donbassda daimi atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəliblər. Halbuki prezidentlər bölgədə sadəcə atəşkəs razılığının əldə olunması ilə bağlı atılacaq addımları müzakirə ediblər. Rusiya münaqişə tərəfi deyil ki, atəşkəs rejimi elan etsin”, – deyə Peskov bildirib.