WhatsApp-da möhtəşəm yenilik

Proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçiləri üçün yenilik hazırlayır. 

ANS PRESS-in məlumatına görə, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.

WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirmişdi.

FirstPost bildirir ki, yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da “Hang up”, “Incoming call” və “Outgoing call” funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.