Çörəyi daşdan çıxanlar FOTO

Bakı ətrafında daş karyerlərindən biri

Bakı ətrafında saysız daş karyerlərindən sadəcə biri. İşsizlik ucbatından diyarlardan gəlmiş ucuz əmək qüvvəsi. Toz-torpaq içində insan həyatı. Abbas Atilay sizə mişar daşının hansı əməyin və kimlərin zəhmətinin nəticəsində hazırlandığını göstərir. “Çörəyi” daşdan çıxaranların hekayəsi.

Gecə-gündüz daş kəsilən bu karyerlərin əmək qüvvəsi əsasən Azərbaycanın ucqarlarından “çörək pulu”üçün Bakıya pənah gətirənlərdir

Onlar gündə iki növbə olaraq 24 saat işləyirlər. Kəsilən hər bir daşı maşına 2 qəpikdən yükləyirlər. Gün ərzində üç-dörd maşına daş yükləmək mümkün olur. Bu hesabla hər bir işçi gün ərizndə 20-40 azn arasında pul qazana bilirlər

Amma bəzən işlər o qədər də yaxşı getmir, daş kəsən mişarların dişləri qırılır və onlar maşının altına keçərək saatlarla onu təmir etməklə məşğul olurlar

Belə daş karyerlərinin işçiləri əsasən cavan oğlanlar olur. Çünki işin ağırlığına ortayaşlı adamlar tap gətirə bilmir

 

Mişarın kəsdiyi daşlar yük maşınına yığılması üçün kənara atılır

İşçilər həm yük maşınını gözləyir, həm də bir az dincəlirlər

Hazır daşlar maşınlara yüklənir

Hava çox isti olduqda tez-tez işə ara verirlər. Onlar bu görünən daxmalarda dincəlirlər. Onlardan bəziləri isə ümumiyyətlə burda da gecələyirlər

İstirahət vaxtı işçilər istidən bu dəmir daxmada sərinləmək istəyirlər. Amma otaq dəmirdən olduğu üçün sərinləmək elə də asan deyil

İstirahət üçün bəzi daş karxanalarında belə kiçik daşdan otaqlar da mövcuddur

azadliq.org