ABŞ türkmən şəhərində İŞİD-i bombaladı

ABŞ ordusu İŞİD-in nəzarəti altında olan İraqın Əmirli bölgəsinə havadan zərbələr endirib. Bu barədə Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. O, ABŞ ordusunun minlərlə şiə türkmənin yaşadığı Əmirliyə havadan humanitar yardım göstərdiyini ifadə edib: “Humanitar yardımın çatdırılması üçün ətraf ərazilərdə olan İŞİD hərbçilərinə qarşı havadan hücum təşkil edilib. İŞİD-in hədəflərinə qarşı 3 hava hücumu olub”.

İŞİD döyüşçülərinin 2 aydır ələ keçirdiyi Əmirli bölgəsində türkmənlər üstünlük təşkil edir.

ABŞ ordusu indiyə qədər İraqda İSİD-ə qarşı 118 hava hücumu həyata keçirib. Hava hücumu əməliyyatlarına Avstarliya, Fransa və İngiltərə təyyarələri də dəstək verir.