ABŞ-ın BMT-dəki daimi nümayəndəsii Samanta Pauer Təhlükəsizlik Şurasının iclasında Rusiyanı yalançılıqda ittiham edib. Pauerin sözlərinə görə, Rusiya tərəfinin dediklərinin hamısı yalandır. Ona görə də rusların sözlərinə qulaq asmaq əvəzinə əməllərinə baxmaq lazımdır. ABŞ təmsilçisi artıq maskanın düşdüyünü və Rusiyanın müstəqil dövlətin ərazisində hərbi əməliyyatlara dəstək verdiyini deyib. Onun sözlərinə görə, ABŞ əlindən gələni edəcək ki, Rusiya əməllərinin nəticəsinin daha çox hiss etsin. Bu Rusiya ilə ticarət əlaqələrini davam etdirəcək ölkələrə də aid olacaq. «Əgər biz heç nə etməsəkk, Rusiyanın əməllərinin beynəlxalq aləmə ziyanı daha da çox olacaq. Biz situasiyanın dəyişməsini təmin etməliyik», – deyə Pauer qeyd edib.
azadlıq.info