Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin Azov sahilində olan nəhəng villası Ukrayna milli qvardiyasının “Azov” bataliyonunun qərargahına çevrilib. Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu təşəbbüs Donetsk qubernatoru Sergey Tratua tərəfindən gəlib və ordu bu təklifi qəbul edib. 133 metr uzunluğu olan villanın hasarları Ukrayna bayrağı rənglərində boyanıb. Villanın daxilində bir neçə ev və ofis var.
Hazırda Ukrayna “Azov” bataliyonu tam heyətlə burada məskunlaşaraq, ərazidə apardığı əməliyyatlara buradan rəhbərlik edir.