Deputatdan polis rəisinə ittiham

Milli Məclisin üzvü Fərhad Qəribov deputatı olduğu Kürdəmir rayonundakı son durumla bağlı danışarkən, rayonun polis rəisinə qarşı ciddi ittihamlar səsləndirib. Millət vəkili Teleqraf.com-a müsahibəsində açıq mətnlə bayan edib ki, rayon sakinləri polis rəisinin fəaliyyətindən narazıdırlar: “Narazılıq daha çox Kürdəmir rayon Polis İdarəsinin rəisindəndir”.

Deputat bunun səbəbləri haqda geniş danışmasa da, polis rəisinin vəzifəsinin öhdəsindən gələ bilmədiyini bəyan edib. Sitat: “Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam.”

Göründüyü kimi, deputat geniş danışmasa da, Kürdəmirin polis rəisini faktiki olaraq narkoticarətlə mübarizə aparmamaqda ittiham edib.