Minskdə Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Petr Poroşenkonun ilk təkbətək görüşü başlayıb. Bu barədə Ukrayna prezidentinin Donbass və Luqanskda münaqişənin sülh yolu ilə həlli üzrə səlahiyyətli nümayəndəsi İrina Geraşenko məlumat verib. Onun sözlərinə görə, AB-Ukrayna-«Avrasiya üçlüyü» formatında görüş bağlı qapılar arxasında 4 saat davam edib. Daha sonra ölkə prezidenti və AB rəhbərliyi danışıqları nümayəndə heyəti olmadan davam etdirib.
Məlumata görə, Ukrayna və Rusiya prezidentləri arasında danışıqların növbəti raundu avqustun 28-də Ankarada keçiriləcək.
azadlıq.info