Ukrayna Prezidenti Poroşenko Ali Radanın buraxılması ilə bağlı qərar verib. Bu barədə Ukrayna prezidenti öz Tvitter hesabında yazıb. Ali Radanın buraxılmasına səbəb deputatların əksəriyyətinin Maydan fəallarının həyatı bahasına başa gələn diktator qanununa səs verməsidir.
Poroşenko Konstitusiyanınn 90-cı maddəsinə əsaslanaraq belə bir addım atdığını deyib. Xalqa müraciət edən Ukrayna prezidenti növbəti parlament seçkilərinin bu ilin oktyabrın 26-a təyin edildiyini bildirib.


