Ərdoğanın Azərbaycana səfərinin vaxtı bilindi

Prezident kimi ilk səfərini sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə edəcək 

Türkiyənin yeni seçilmiş 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 3-də Azərbaycana gələcək. Lent.az-ın xəbərinə görə, “Anadolu” agentliyinə bu barədə hökumətdəki mənbələrdən xəbər verilib.

R.T.Ərdoğan prezident kimi ilk səfərini sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə edəcək və bu səfərin ardından Azərbaycana gələcək.