Bakı metrosunda növbəti “çp”

Bakı metrosunda növbəti problem yaranıb. Bu dəqiqələrdə metronun Xalqlar Dostluğu stansiyasında qatarların hərəkəti dayanıb. Həmin stansiyada olan əməkdaşımızın verdiyi xəbərə görə, Xalqlar Dostluğundan İçərişəhər və ya Dərnəgül istiqamətə 15 dəqiqədən artıqdır qatar yoxdur. Həzi Aslanov istiqamətdə hərəkət edən qatar isə platformada dayanıb qalıb. Platformada sıxlıq yaranıb.