Türkiyədən Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı

Türkiyədən Azərbaycana gətirilən bahalı avtomobillər yarıyolda qalıb. ANS PRESS-in məlumatına görə, Kocaeli ərazisində hərəkət edən 06 AV 0257 nömrə nişanlı TIR çevrilib. Qəza zamanı Musa Arabacının idarəçiliyilə Azərbaycanan gətirilən 7 ədəd avtomobil TIR-ın üstündən yerə aşıb. Kıran Məhəlləsində baş verən qəzada sürücü xəsarət almasa da, bahalı avtomobillərin hamısı yararsız vəziyyətə düşüb. 
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Yola dağılan avtomobillər və onların hissələrinin təmzilənməsinə başlanılıb.