“Qarabağ” “Tvente” yə qalib gələ bilmədi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Ağdamın “Qarabağ” klubu öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edib . Bu matçda “Qarabağ” doğma meydanda rəqib qapısına yol tapa bilməyib. Qarşılaşma 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. 

Komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.