Masallıda torpaq üçqunu: 2 nəfər ölüb

Avqustun 20-də saat 14-15 radələrində Masallı rayonun mərkəzində kanalizasiya xətlərinin təmiri zamanı uçqun baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib. “Azadlıq”a məlumatı verən rayon sakini deyir ki, ölənlərdən biri Müssəbiq Novruzovdu: “Digərinin adı və soyadı hələlik bəlli deyil”.

Rayon sakini onu da bildirdi ki, fəhlələr əmək müqaviləsi olmadan işlədilir: “Fəhlələr əmək müqaviləsi olmadan işləyir, yeyinti halları çoxdu. Onlara sənəddə 800-900 manat yazilir, 300-400 manata qol çəkilir. Təhlükəsizlik qaydalarına riayət olunmur”.